Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda avtomobil qatar yoluna çıxıb, xəsarət alanlar var

09:37 - 29 Avqust 2023 tarixində dərc olunub.

29 avqust saat 03:40 radələrində ADY-na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Bu barədə Ucnoqta.az-a ADY-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Müəllif: Ucnoqta.az redaksiyası