Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 20 yaşlı qadın intihar etdi

09:21 - 29 Avqust 2023 tarixində dərc olunub.

Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Fərzəliyeva Aydan Ayaz qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası