Ucnoqta.az
www.ucnoqta.az

Bakıda üç avtomobil toqquşub, “Galenvagen” aşdı

16:20 - 27 Avqust 2023 tarixində dərc olunub.

Bakı şəhəri Xətai rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Xocalı prospektində qeydə alınıb.

İlkin məlumata əsasən, “Galenvagen”, “Hyundai” və “Mersedes” markalı maşınlar toqquşub.

Hadisə nəticəsində ölən yoxdur.

Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası