Ucnoqta.az
www.ucnoqta.az

Priqojinin ölümü rəsmən təsdiqləndi

14:54 - 27 Avqust 2023 tarixində dərc olunub.

Rusiya İstintaq Komitəsi Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələri başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Bildirilib ki, onlar uçuş zamanı Yevgeni Priqojinin də daxil olduğu elan edilmiş siyahıya uyğundur.

Müəllif: Ucnoqta.az redaksiyası