Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın olub

14:26 - 26 Avqust 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası