Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda yataqxanada yanğın olub

15:35 - 25 Avqust 2023 tarixində dərc olunub.

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və giriş-çıxış kabelləri 10 p.m yanıb. Otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası