Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə ata və 5 yaşlı qızını avtomobil vurdu

10:41 - 25 Avqust 2023 tarixində dərc olunub.

Gəncədə yolu keçən ata və azyaşlı qızını  avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb.

Füzuli Kərimovun idarəetməsində olan minik avtomobili 38 yaşlı Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı Mələk Ələsgərovanı vurub.

Qəza nəticəsində azyaşlı dünyasını dəyişib, atası xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası