Ucnoqta.az
www.ucnoqta.az

Tramp 2 ildən sonra sosial şəbəkədə ilk tvitini yazıb

08:39 - 25 Avqust 2023 tarixində dərc olunub.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp X sosial şəbəkəsində, keçmiş Twitter hesabında tvitini dərc edib.

Ucnoqta.az xəbər verir ki, siyasətçinin son tviti 8 yanvar 2021-ci ildə olub.

O, mavi kostyum, ağ köynək və qırmızı qalstukda təsvir olunub. Qaşqabaqlı ABŞ-ın 45-ci prezidentinin fotosunu Corciya ştatının Fulton dairə həbsxanasının əməkdaşları çəkib. Əvvəllər heç bir keçmiş və ya indiki Amerika prezidenti bu cür fotoşəkildə çəkilməmişdi.

Şəkilin altında “Heç vaxt təslim olma” və “Seçkilərə müdaxilə” yazıları, həmçinin siyasətçinin internet saytına keçid var.

CNN-in məlumatına görə, o, "Truth Social"da da paylaşım edərək sosial şəbəkəsini çox sevdiyini və buranın onun evi olduğunu bildirib. Kanal qeyd edir ki, həbsxana sənədlərində Tramp P01135809 nömrəsi altında qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası