Ucnoqta.az
www.ucnoqta.az

5 il əvvəl itkin düşən teleaparıcının skeleti tapılıb

08:21 - 25 Avqust 2023 tarixində dərc olunub.

Hindistanda Korba şəhərinin polisi beş il əvvəl itkin düşən teleaparıcı Salma Sultana Laşkarın skeletini aşkarlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Indian Express məlumat yayıb.

Qeyd olunur ki, yerli kanallardan birinin teleaparıcısı 2018-ci ilin sonunda yoxa çıxıb, həmin vaxt onun 30 yaşı var idi. Onun qalıqları respublika magistralının yolunun altından tapılıb.

Hüquq-mühafizə orqanları Laşkarın 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısı olan sevgilisinin qurbanı olduğunu ehtimal edir. Polis hesab edir ki, o, onunla mümkün maddi fikir ayrılıqlarına görə öldürülüb, sonra iki şərikinin köməyi ilə meyiti bir ildən sonra magistralın tikintisinə başlanılan boş yerdə gizlədib.

Müəllif: Ucnoqta.az redaksiyası