Bir gün əvvəl təyyarəsi qəzaya uğrayan "Vaqner" PMC şirkətinin təsisçisi Yevgeni Priqojin Afrikadan yalnız çərşənbə günü qayıdıb
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "DXR" rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşdə bildirib.
"Mən bildiyimə görə, o, dünən Afrikadan yeni qayıdıb. Burada bəzi rəsmi şəxslərlə görüşüb", - dövlət başçısı bildirib.
"O, təkcə bizdə deyil, həm də xaricdə, xüsusən Afrikada işləyirdi. Orada neft, qaz, qiymətli metallar və daşlarla məşğul olurdu", - Putin əlavə edib.
Putin qeyd edib ki, Rusiya İstintaq Komitəsi Yevgeni Priqojinin təyyarəsi ilə qəzaya uğraması ilə bağlı ilkin araşdırmaya başlayıb, o, tam şəkildə aparılacaq və başa çatdırılacaq.