Ucnoqta.az
www.ucnoqta.az

Belarusda "Vaqner"in düşərgəsi sökülür - FOTO

16:04 - 24 Avqust 2023 tarixində dərc olunub.

Belarusun Osipoviçi yaxınlığındakı Vaqner PMC düşərgəsi sökülür

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Belə ki, peykdən çəkilmiş görüntülərə görə, səhra düşərgəsində çadırların sayı getdikcə azalır.

Nəşrin hesablamalarına görə, avqustun 23-nə olan məlumata görə, 273 çadırdan 101-i, yəni səhra düşərgəsinin üçdə biri artıq sökülüb.

Bu o deməkdir ki, düşərgə təxminən 2000 nəfər azalıb.

Müəllif: Ucnoqta.az redaksiyası