Ucnoqta.az
www.ucnoqta.az

Norveç Ukraynaya IRIS-T zenit-raket komplekslərini verəcək

15:01 - 24 Avqust 2023 tarixində dərc olunub.

Norveç hökuməti Ukraynaya IRIS-T zenit-raket komplekslərinin bağışlanması barədə qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NTB agentliyi məlumat yayıb.

Məlumata görə, bu raketlər İsveçin Ukraynaya hədiyyə etmək qərarına gəldiyi qurğulardan buraxıla bilər.

Bundan əvvəl Norveç Ukraynaya NASAMS və Mistral MANPADS-i bağışlamışdı.

Müəllif: Ucnoqta.az redaksiyası