Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada baş verən yol qəzasında 12 nəfər ölüb

13:55 - 23 Avqust 2023 tarixində dərc olunub.

Ukraynanın Vinnitsa vilayətində ağır yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Polisin regional idarəsi məlumat yayıb. Məlumata görə, minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər həlak olub.

Qəzanın çərşənbə axşamı axşam saatlarında Xmelnitski rayonunun Brodetskoye kəndi yaxınlığında baş verdiyi bildirilir.

Yük maşınının sürücüsü saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası