ABŞ Dövlət Departamenti Pekinin Tibetə zorla assimilyasiya edilməsi iddiası ilə əlaqədar Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir.
Ucnoqta/az x'b'r verir ki? bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin geniş yayılmış yazılı bəyanatında deyilir.
"Dövlət Departamenti bir milyondan çox tibetli uşağın dövlət internat məktəblərində məcburi assimilyasiya edilməsində iştirak etdiklərinə görə Çin Xalq Respublikasının məmurlarına qarşı viza məhdudiyyəti tətbiq etmək üçün tədbirlər görür.”, - Amerika diplomatiyasının rəhbəri bildirib.
Dövlət Departamenti məhdudiyyətlərin tətbiq olunduğu şəxslərin siyahısını dərc etməyib.
ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri ÇXR hakimiyyətini tibetli uşaqarı dövlət internat məktəblərində məcbur etməyi dayandırmağa və həm Tibetdə, həm də ÇXR-in digər bölgələrində repressiv assimilyasiya siyasətindən əl çəkməyə çağırıb.
“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla bu hərəkətləri işıqlandırmaq və təqsirkarların ədalət qarşısında cavablandırılmasına kömək etmək üçün işləməyə davam edəcəyik”, - Blinken yekunlaşdırıb.