Ucnoqta.az
www.ucnoqta.az

Nərimanovda 30 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlandı

09:00 - 22 Avqust 2023 tarixində dərc olunub.

Avqustun 22-də saat 08 radələrində paytaxtın Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Ucnoqta.az-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası