Ucnoqta.az
www.ucnoqta.az

Saatlı sakinlərindən "TOZ-18" markalı ov tüfəngləri götürülüb

13:08 - 21 Avqust 2023 tarixində dərc olunub.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinləri F.Əhmədovdan və A.Süleymanovdan müvafiq sənədləri olmayan "TOZ-18" markalı ov tüfəngləri aşkarlanıb.

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası