Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə minik​ avtomobili yanıb, sürücü yanaraq ölüb

13:25 - 19 Avqust 2023 tarixində dərc olunub.

Balakən rayonunda avtomobil yanıb, sürücü yanaraq ölüb.

"Report"un məlumatına görə, hadisə Balakən rayon Tülü kəndi ərazisində baş verib.

Belə ki, Tülü kənd sakini 1988-ci il təvəllüdlü Arus Səidbəy oğlu Dinavasova məxsus​ "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib. Yanğın yerinə Balakən yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub. Yanğın nəticəsində sürücü Arus Dinavasov avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası