Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə “Mercedes” ağaca çırpılıb, dörd nəfər ölüb

21:11 - 18 Avqust 2023 tarixində dərc olunub.

Şəkidə ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası