Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda dağlıq ərazidə yanğın başlayıb

16:44 - 17 Avqust 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən  verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası