Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 20 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb

12:35 - 17 Avqust 2023 tarixində dərc olunub.

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 10-cu mikrorayonda bina 2-də baş verib.

Sumqayıt Şəhər sakini, 1993-cü il təvəllüdlü Leyla Elşad qızı Quliyeva yaşadığı binanın 8-ci mərtəbəsində pəncərəni silərkən ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası