Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 16 yaşlı qız itkin düşüb

09:18 - 16 Avqust 2023 tarixində dərc olunub.

Bakıda 16 yaşlı qız itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Gülalıyeva Türkan İlkin qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası