Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda avtomobil piyadanı vurub

23:16 - 15 Avqust 2023 tarixində dərc olunub.

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası