Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda 68 yaşlı qadın intihar edib

19:05 - 15 Avqust 2023 tarixində dərc olunub.

Şamaxıda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Meysəri kənd sakini, 1955-ci il təvəllüdlü Nağıyeva Raya Rza qızı sirkə turşusu içərək özünü öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası