Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt yolunda avtomobil yanıb

16:43 - 15 Avqust 2023 tarixində dərc olunub.

Abşeron rayon ərazisində "Mercedes" markalı minik avtomobili yanıb.

FHN-dən verilən məlumata görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun 25-ci kilometrliyində baş verib. “Mercedes” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası