Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış bloger qəzaya düşdü - Qolu amputasiya edildi - VİDEO

09:23 - 15 Avqust 2023 tarixində dərc olunub.

01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. 

Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

Qeyd edək ki, qəzada iştirak edən "Porshe" markalı minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. 

Müəllif: Ucnoqta.az redaksiyası