Ucnoqta.az
www.ucnoqta.az

Polşada iki rusiyalı casusluq ittihamı ilə həbs edilib

11:34 - 14 Avqust 2023 tarixində dərc olunub.

Polşa xüsusi xidmət orqanları iki Rusiya vətəndaşını respublika ərazisində casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edərək həbs edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində daxili işlər naziri Mariuş Kaminski məlumat verib.

Onun sözlərinə görə, ruslar Krakov və Varşavada hərəkət ediblər.

Polşa Daxili İşlər Nazirliyinin rəhbəri başqa təfərrüatları açıqlamayıb.

Müəllif: Ucnoqta.az redaksiyası