Ucnoqta.az
www.ucnoqta.az

Xaçmaz sakini üzündən bıçaqlanıb

08:02 - 11 Avqust 2023 tarixində dərc olunub.

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon sakini 1971-ci il təvəllüdlü Əliyev Ceyhun Balaşah oğlu üz nahiyəsindən bıçaqlanıb.

Yaralıya Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası