Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" HİK-i məğlub etdi

21:59 - 10 Avqust 2023 tarixində dərc olunub.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları başlayıb.

Ucnoqta.az xəbər verir ki, Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında Tofiq Bəhramov adına Respublika stadionunda qar.ılaşma keçirilib. Oyunun 55-ci dəqiqəsində "Qarabağ" Leandro Andradenin qolu ilə önə keçib. İkinci hissənin 77-ci dəqiqəsin qonaqlar hesabı bərabərləşdirib. HİK komandasından Entoni Olusanyan qonaq komandanının tarazlıq qolunu vurub 1:1. 85-ci dəqiqədə "köhlən atlar" Juninyonun qolu ilə hesabda önə keçirib.

Oyun bu hesabla da başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası