Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliyi İranda fəaliyyətə başlayıb

17:13 - 9 Avqust 2023 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı Krallığının diplomatik nümayəndəliyi avqustun 6-dan İranda fəaliyyətə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığının İran İslam Respublikasındakı səfirliyi  avqustun 6-dan ölkəmizdə rəsmi fəaliyyətə başlayıb”, - deyə məlumatda bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası