Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qızıl boyunbağı oğurlandı

14:38 - 8 Avqust 2023 tarixində dərc olunub.

Sumqayıtda mağazalardan birindən qızıl boyunbağı oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən 57 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası