Ucnoqta.az
www.ucnoqta.az

Polşa Belarusla sərhədə əlavə hərbçilər yerləşdirir

13:34 - 8 Avqust 2023 tarixində dərc olunub.

Polşa Belarusla sərhədə əlavə min əsgər yerləşdirir

Ucnoqta.az xəbər verir ki, bu barədə Polsat telekanalı məlumat yayıb.

Qeyd edilir ki, belə bir qərar Polşa-Belarus sərhədində dinamik vəziyyətlə əlaqədar qəbul edilib.

Polşa Sərhəd Xidmətinin baş komendantı Tomaş Praha daha min əsgərin Polşa-Belarus sərhədinə köçürülməsi xahişi ilə Milli Müdafiə Nazirliyinə müraciət edib. Hazırda bu sərhəddə iki min Polşa əsgəri var.

Müəllif: Ucnoqta.az redaksiyası