Ucnoqta.az
www.ucnoqta.az

“Rusiyanı yer üzündən silməyə çalışırlar” - Medvedev

10:28 - 8 Avqust 2023 tarixində dərc olunub.

ABŞ və onun vassalları Rusiyanı yer üzündən silməyə çalışır

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev deyib.

ABŞ və onun vassalları 2008-ci il avqustun 8-də olduğu kimi yenə də başqasının əli ilə müharibə aparır, Rusiyanı yer üzündən silməyə çalışırlar" – Medvedev vurğulayıb.

"Praktiki olaraq bütün NATO sistemi Rusiya Federasiyasına qarşı açıq mübarizə apararkən" belə, Rusiyanın NMD-nin bütün vəzifələrini həll etmək üçün kifayət qədər gücü var", - Medvedev bildirib.

Medvedev qeyd edib ki, Rusiya öz şərtləri ilə sülhə nail olacaq, onun düşmənləri 2008-ci ilin avqustunda olduğu kimi darmadağın ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası