Ucnoqta.az
www.ucnoqta.az

Ermənistana məxsus növbəti kvadrokopteri ələ keçirilib

15:05 - 7 Avqust 2023 tarixində dərc olunub.

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Müəllif: Ucnoqta.az redaksiyası