Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda "KamAZ" yanıb

16:19 - 5 Avqust 2023 tarixində dərc olunub.

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində “KamAZ” markalı yanacaq daşıyan avtosisternanın kabinəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, avtosisternanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası