Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var

08:43 - 5 Avqust 2023 tarixində dərc olunub.

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.

"Report"un məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası