Ucnoqta.az
www.ucnoqta.az

Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanıldı

10:52 - 4 Avqust 2023 tarixində dərc olunub.

Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası