Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə təkərin partlaması nəticəsində usta öldü

17:28 - 2 Avqust 2023 tarixində dərc olunub.

Bərdədə usta faciəvi şəkildə ölüb.

Baş prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, avqustun 1-i saat 18 radələrində Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölüb.

“Fakt ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası