Ucnoqta.az
www.ucnoqta.az

Birkart kredit kartı istifadə edənlər, diqqətli olun! Faiz tutulur ...

10:38 - 2 Avqust 2023 tarixində dərc olunub.

Kapital Bankın sistemində problem yaranıb.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalist Çingiz Səfərli sosial şəbəkə hesabında yazıb. Jurnalist bildirib ki, Birkat kredit kartları üzrə 08.07.2023-cü il tarixindən həyata keçirilmiş bütün nağdlaşdırma və köçürmə əməliyyatlarına 63 gün müddətinə faiz hesablanmayacağı elan edilsə də, borclar faiz hesablanan məbləğ hissəsinə yazılıb:

"Diqqətli olun. Əgər sizdə də belə bir şey varsa, bankla əlaqə saxlayın və ya müştəri xidmətlərinə müraciət edin. Mənə verilən məlumata göörə, sistemdə nasazlıq var və yaxın müddətdə aradan qaldırılacaq, o cümlədən faiz hesablanan məbləğ hissəsinə yazılan borc güzəşt müddətli və ya növbəti ay üçün güzəşt müddətli borc hissəsinə yazılacaq.

Qeyd edim ki, artıq kapital bankın sistemində texniki nasazlıqlar adi hala çevrilib. Ötən ay da belə bir problemlə qarşılaşmışdım.

Digər diqqət edilməli bir məsələ isə borcların tətbiq üzərindən ödənilməsi ilə bağlıdır.

Belə ki, BirBank tətbiqi üzərindən borclarınızı ödəyərkən yeni kart əlavə edərək ödəniş edin. Əgər səhvliklə birkartınızı seçib ödəniş etsəniz, pulunuzu bir cibinizdən götürüb o biri cibinizə qoyacaqlar və bunun üçün də sizdən faiz tutulacaq.

Əslində bu məlumatı Kapital bankın özü açıqlamalıdır, amma nədənsə və ya hansısa maraqları naminə sistemlərində problem olduğu barədə müştərilərini məlumatlandırmırlar".

Müəllif: Ucnoqta.az redaksiyası