Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadını tanışı döydü, daha sonra avtomobillə vurdu

09:51 - 2 Avqust 2023 tarixində dərc olunub.

Bakının Nizami rayonunda döyülmə və avtomobillə qəsdən xəsarət yetirmə hadisəsi baş verib.

Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Familə Mustafayeva sərxoş vəziyyətdə tanıdığı kişi tərəfindən döyülüb, daha sonra qadını döyən şəxs onu öz avtomobili ilə vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası