Ucnoqta.az
www.ucnoqta.az

Zibil daşıyan maşın “Range Rover”lə toqquşdu: Fəhlə öldü - FOTO

19:00 - 31 İyul 2023 tarixində dərc olunub.

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Zibil daşıyan maşın “Range Rover”lə toqquşub və sonra idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı maşında olan fəhlə, 1983-cü il təvəllüdlü Elman Bəybala oğlu Həzrətquliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası