Ucnoqta.az
www.ucnoqta.az

Qohumu məhkuma narkotik ötürməyə cəhd edib - FOTO

15:20 - 27 İyul 2023 tarixində dərc olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 93.1.2-ci maddələri ilə məhkum edilmiş Asif Səfərqulu oğlu Məmmədova əmisi oğlu Azər Ağamməd oğlu Məmmədovun gətirdiyi sovqatda tənzifə hopdurularaq tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası