Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə Kürdə uşaq boğulub

19:00 - 26 İyul 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası