Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Çinin yeni xarici işlər nazirini qəbul edəcək

12:16 - 26 İyul 2023 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van Yini qəbul edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə liderinin ofisindən bildirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın da Ankarada Vanq Yi ilə görüşü gözlənilir. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası