Ucnoqta.az
www.ucnoqta.az

Kafedən oğurluq edən şəxs saxlanılıb

10:40 - 25 İyul 2023 tarixində dərc olunub.

Bakıda kafedən oğurluq edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-na keçən gecə rayon ərazisindəki kafelərdən birinin həyətindən 2 ədəd soyuducu, qaz sobası və yuyucu aparat oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İsmayıl Qitinmaqamedov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası