Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə zəlzələ olub

10:05 - 25 İyul 2023 tarixində dərc olunub.

Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Adana əyalətinin Kozan rayonunda qeydə alınıb. 

Mənbə 12 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası