Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya Şimali Koreyaya raket buraxılışına etiraz edib

20:48 - 24 İyul 2023 tarixində dərc olunub.

Yaponiya hökuməti bazar ertəsi iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə ifadə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası