Ucnoqta.az
www.ucnoqta.az

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib

22:51 - 22 İyul 2023 tarixində dərc olunub.

Bu gün batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istindaən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir”, "Nardaran-2", “Şirvan”, “Qızılqum”, “Corat”, “Neftçala”, “Şüvəlan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Qızılqum", “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

Müəllif: Ucnoqta.az redaksiyası