Ucnoqta.az
www.ucnoqta.az

Meksika sahillərində zəlzələ baş verib

15:22 - 18 İyul 2023 tarixində dərc olunub.

Meksika sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mənbəyi 10 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Müəllif: Ucnoqta.az redaksiyası