Ucnoqta.az
www.ucnoqta.az

Türk lirəsi rekord həddə ucuzlaşıb

09:59 - 18 İyul 2023 tarixində dərc olunub.

Taxıl müqaviləsinin ləğvi xəbərləri fonunda türk lirəsi rekord həddə düşüb.

Ucnoqta.az ticarət məlumatlarına əsasən bildirir ki, Türkiyənin milli valyutası iyulun 17-də dollar və avro qarşısında tarixi minimumunu yeniləyib. Belə ki, lirə 1 dollar 26,35, avro isə 29,57 səviyyəsində ticarət olunub.

Müəllif: Ucnoqta.az redaksiyası