Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə bir nəfər göldə batıb

17:04 - 17 İyul 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Müəllif: Ucnoqta.az redaksiyası